Sürücü 2 piyadanı vurub qaçdı - 1 ölü, 1 yaralı - VİDEO - FOTOLAR

Hit: 510
Sürücü 2 piyadanı vurub qaçdı - 1 ölü, 1 yaralı - VİDEO - FOTOLAR

Bir piyadanı xəstəxanalıq edən sürücü, digərini də öldürüb qaçdı

Bərdədə baş verən yol qəzasında 17 yaşlı oğlan xəsarət alıb.

Faktor.az
ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini İlqar Məmmədovu yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobillə vurulub. Yaralı isə ətrafdakıların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Sürücü isə hadisə yerini tərk edib. Tərtər istiqamətindən qaçmaq istəyərkən, Bərdə-Tərtər yolunda Bərdə rayon yaşıllaşdırma idarəsinin süpürgəçisi 63 yaşlı Məlahət Yusifovanı vurub. Qadın aldığı xəsarətlərdən yerində ölüb, sürücü isə buradan da qaçıb.

Polis əməkdaşları məsuliyyətdən yayınmağa çalışan şəxsi saxlayıblar.

1
1
1
1








Redaktorun seçimi