Şabranda dəhşətli yanğın: - "Reklam vaxtı yanğın başladı" - VİDEO - FOTOLAR

Hit: 482
Şabranda dəhşətli yanğın: - "Reklam vaxtı yanğın başladı" - VİDEO - FOTOLAR

Şabranın Xırdaoymaq kəndində yanğın baş verib.

Faktor.az
ARB Şimal-a istinadən xəbər verir ki, hadisə Azad Alışova məxsus evdə qeydə alınıb. 2 mərtəbəli, 7 otaqlı ev əşyalarla birlikdə külə dönüb.

Ev sahibinin sözlərinə görə, ona ümumilikdə 30-35 min manat ziyan dəyib.

Azad Alışanov (zərərçəkən) : "Evdə televizora baxırdım. Reklam vaxtı düşdüm aşağı "petlə"ni düzəltməyə. Bu an səslər gəldi və tüstüləndi. Kanaldan qaçıb su gətirib tökdüm, alınmadı. Qızıllar və əşyalar hamısı yandı".

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın söndürülüb, alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.

1
1
1
1
1








Redaktorun seçimi