Azərbaycana narkotik gətirən qadın saxlanıldı

Hit: 470
Azərbaycana narkotik gətirən qadın saxlanıldı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Faktor.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi