16 yaşlı qız dönərdən zəhərləndi

Hit: 268
16 yaşlı qız dönərdən zəhərləndi

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Faktor.az report-a istinadən xəbər verir ki, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi