Tovuzda yol qəzası - Xəsarət alanlar var

Hit: 307
Tovuzda yol qəzası - Xəsarət alanlar var

Gecə saatlarında Tovuz rayonunda yol qəzası nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Faktor.az report.az-a istinadən bildirir ki, Tovuz rayon Yanıqlı kənd sakini, 1989-cu il təvəllüdlü, Ələkbərov Telman Eldar oğlunun idarə etdiyi avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin, Tovuz rayon Köhnə Qala kənd sakini, 1995-ci il təvəllüdlü, İsmayılov Elvin Rafiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.









Redaktorun seçimi