Bakıda qəza: 2 nəfər yaralandı

Hit: 348
Bakıda qəza: 2 nəfər yaralandı

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində "Ford" markalı mikroavtobus ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə yerinə dərhal cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 









Redaktorun seçimi