Bakıda ikimərtəbəli 11 otaqlı ev yanıb

Hit: 578
Bakıda ikimərtəbəli 11 otaqlı ev yanıb

Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1180 m2 olan ikimərtəbəli 11 otaqlı mansard tipli evin mansardının tavanının yanar konstruksiyaları və dam örtüyü 280 m2 sahədə yanıb.

Faktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mansardın qalan hissəsi və otaqlar yanğından mühafizə olunub.

Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.









Redaktorun seçimi