Xırdalanda qandonduran hadisə: - əvvəlcə anasını baltaladı, sonra... - VİDEO
Abşeron rayonunda ağır cinayət olub. Oğul anasını balta ilə öldürüb, daha sonra intihar edib.
Hadisə Xırdalan şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinin həyətində baş verib.
Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, 24 yaşlı Həsən İbrahimov balta ilə anası, 52 yaşlı Nərgiz Əliyevanin əvvəlcə başını kəsib, daha sonra isə bütün bədənini bir neçə hissəyə ayırıb. Bundan sonra Həsən İbrahimov Bakı-Sumqayıt şossesindəki körpünün üzərinə çıxaraq özünü aşağı atıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Həsən İbrahimov özünü körpüdən atdıqdan sonra o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəsarətləri ağır olduğundan Həsən İbrahimov xəstəxanda ölüb. Hər iki meyit məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.
Qeyd edək ki, Nərgiz Əliyeva Türkiyədən Bakıya geyim əşyaları gətirərək səyyar satıcılıqla məşğul olub.