Evdə partlayış: 3 nəfər yandı - Azərbaycanda

Hit: 553
Evdə partlayış: 3 nəfər yandı - Azərbaycanda

Zərdabda evdə partlayış baş verib.

Faktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 20-də saat 20 radələrində Zərdab rayonunun Məlikli kəndində yaşayan Habil Qasımovun evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mətbəxin şüşələri sınıb, ev sahibinin oğlu Turqut, qohumları Yeganə Manaflı və onun nəvəsi Adəm Manaflı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.









Redaktorun seçimi