Goranboyda iki avtomobil toqquşdu: - 4 yaralı

Hit: 420
Goranboyda iki avtomobil toqquşdu: - 4 yaralı

Bu gün Goranboy-Balakürd kənd yolunda "Niva" və "VAZ2109" markalı minik avtomobilləri toqquşub.

Faktor.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti orta-ağır, birinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.









Redaktorun seçimi