Salyanda AĞIR QƏZA: - ÖLƏN VAR

Hit: 473
Salyanda AĞIR QƏZA: - ÖLƏN VAR

Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az report.az-a istinadən bildirir ki,  martın 20-də saat 02:00 radələrində rayonun Kürqaraqaşlı kəndi ərazisində rayon sakini Fərhad Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı hasara vurub. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb. Sərnişin isə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi