Əsədə 7 ilin ən qorxulu şoku, 50 əsgəri güllələndi, silah anbarı partladıldı, Dəməşqə hücum başladı - İran və Rusiya dada yetməsə, rejim çökə bilər - VİDEO

Hit: 6647
Əsədə 7 ilin ən qorxulu şoku, 50 əsgəri güllələndi, silah anbarı partladıldı, Dəməşqə hücum başladı - İran və Rusiya dada yetməsə, rejim çökə bilər - VİDEO

Müxalif qüvvələr Əsədin şah damarı olan Dəməşqə hücuma başlayıb.

Faktor.az bildirir ki, hücum nəticəsində şəhərdə elektrik və internet kəsilib. 7 ildir vətəndaş müharibəsi gedən ölkədə bu hücum xüsusi önəm daşıyır.

Tahrir el-Şam və başqa rejim əlehinə olan qrupların hücumu nəticəsində Əsəd 50 əsgər itirib.

Əl-Cəzirənin xəbərinə görə müxaliflər Şəhərin şərqindən daxil olmağa çalışırlar. Əsədin əsas silah anbarı partladılıb, Cobarın bir hissəsi və Abbasian məhəlləsi artıq təslim olub.

Vəziyyətə Əsəd müttəfiqləri Rusiya və İran müdaxilə etməzsə, rejim çökə bilər.

Faktor.az

 









Redaktorun seçimi