Türkmanların açıqlaması bomba effekti verdi - PKK ilə açıq savaşa gedirlər

Hit: 2198
Türkmanların açıqlaması bomba effekti verdi - PKK ilə açıq savaşa gedirlər

Şimali İraq Kürd Muxtariyyətindəki  Türkmən siyasi partiya və dərnəkləri terror təşkilatı PKK-dan Mosulun qəsəbəsini dərhal tərk etməsi üçün çağırış ediblər.

Türkmən siyasi partiya və dərnəkləri tərəfindən çap edilən ortaq bəyannamədə "Türkmən siyasi partiya və dərnəkləri olaraq PKK və analoji silahlı qruplaşmaların Sincar qəsəbəsindəki varlığı bölgədə təhlükəsizliyə təhdid olduğu, qeyri-stabillik və münaqişəyə şərait yaratdığı qənaətindəyik"- deyilib. "Bölgədə fəaliyyət göstərən bütün silahlı qüvvələrin İraq və ŞİKM-nin əmrində olub təhlükəsizlik amilinə görə hərəkət etmələri lazımdır" ifadəsinə yer verilən bəyannamədə aşağıdakılar qeyd edilmişdir: "Digər siyasi partiyaların da bu mövzuda həssasiyyət göstərmələri və ŞİKM-ə dəstək vermələri lazımdır. Problemin daha da böyüməməsi və Sincar xalqının daha çox zərər çəkməməsi üçün silahlı qruplaşmaların ən qısa zamanda qəsəbəni tərk etməsi lazımdır".

Əks halda PKK-a qarşı silahlı müqavimətin başlayacağı qeyd edilir. Bu açıqlamadan sonra belə bir fakt məlum olub ki,bu çapda ilk dəfədəri ki, türkmanlar fəallıq edir.

Rəhim //Faktor.az









Redaktorun seçimi