Tərtərdə "Jiquli" dərəyə aşdı: yaralı var - FOTOLAR

Hit: 530
Tərtərdə "Jiquli" dərəyə aşdı: yaralı var - FOTOLAR

Tərtərdə baş verən yol qəzası nəticəsində sürücüsü xəsarət alıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, rayonun "Dörd yol" adlanan ərazisində Cəfərov Zalış Qaçay oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzanın şahidləri hadisə barədə FHN-nin növbətçi hissəsinə və təcili tibbi yardıma məlumat veriblər. Xilasedicilər və həkimlər hadisə yerinə gələnədək, yaralı sürücü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb.

Məlumata görə, xəsarət alan sürücünün qardaşı onu paytaxt xəstəxanalarından birinə aparıb.   

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

1
1
1








Redaktorun seçimi