Lənkəranda olay: bıçaqlandı, yoxsa damdan yıxıldı?

Hit: 411
Lənkəranda olay: bıçaqlandı, yoxsa damdan yıxıldı?

Lənkəran sakini ehtiyatsızlıqdan ciddi xəsarət alıb.

Faktor.az "Report"a istinadən bildirir ki,23 yaşlı Sütəmurdov kənd sakini Əsədli Nail Müqabil oğlu qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaxınları onun damdan yıxıldığını bildirirlər. Xəstəxanada aparılan müayinələr nəticəsində N.Əsədlinin qarının qapalı travması, epoqastral və qasıqüstü nahiyədə kəsilmiş-deşilmiş yara, həmçinin dalağın partlaması diaqnozu qoyulub.

Xəsarət alan şəxs dərhal əməliyyat olunub.

Xəsarət alan şəxsin bıçaqlandığına dair ehtimal da var.

Faktla bağlı rayon Polis şöbəsinə məlumat verilib.









Redaktorun seçimi