"Xəstə yatanda qohumum verdi" - Narkoman "Baron" saxlanıldı - VİDEO - FOTOLAR

Hit: 668
"Xəstə yatanda qohumum verdi" - Narkoman "Baron" saxlanıldı - VİDEO - FOTOLAR

Hacıqabulda "Baron" ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

Faktor.az ARB TV-yə istinadən xəbər verir ki, rayon polis şöbəsi əməkdaşları 57 yaşlı İbrahim Abbasovun üzərinə baxış keçirən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 7 qramdan artıq qurudulmuş marixuana aşkar edərək götürüblər.

İbrahim Abbasov - Saxlanılan şəxs: "Xəstə yatanda qohumum vermişdi cibimə qoymuşdum. 2 karobka mənim üstümdə olub, bir karobkada orada tozu olub. Çox idi çəkmişəm".

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Qeyd edək ki, İbrahim Abbasov bundan əvvəldə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

1
1








Redaktorun seçimi