Azərbaycanlı jurnalist vəfat etdi - YENİLƏNİB

Hit: 877
Azərbaycanlı jurnalist vəfat etdi - YENİLƏNİB

23:58

Jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.

Faktor.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, barədə sosial şəbəkədə onun dostları məlumat yayıb. O, bu dəqiqələrdə 1 saylı kliniki xəstəxanada (Semaşko) dünyasını dəyişib.

Qeyd edək ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən jurnalistin səhhəti ötən gecə qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) yerləşdirilmişdi. Onda kəskin daxili qanaxma başladığı, həkimlərin qanaxmanı saxlaya bilmədikləri qeyd edilirdi.

Qeyd edək ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkirdi.

--------

12:21

Jurnalist Zabil Müqabil oğlunun səhhəti gecə saatlarında qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) gətirilib. Yaxınlarının verdiyi məlumata görə, onda kəskin daxili qanaxma başlayıb.

Faktor.az musavat.com-a istinadən bildirir ki, gecədən indiyədək həkimlər qanaxmanı saxlaya bilmirlər və Z.Müqabiloğlu hazırda ölümlə mübarizə aparır, durumu son dərəcə kritikdir.

Qeyd edək ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkir və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.









Redaktorun seçimi