Bakıda 1 nəfər liftin şaxtasına düşüb

Hit: 446
Bakıda 1 nəfər liftin şaxtasına düşüb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin liftin şaxtasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin şaxtasından vətəndaşı çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:19-da başa çatıb.

Faktor.az









Redaktorun seçimi