12 yaşlı oğlan çayda boğuldu

Hit: 532
12 yaşlı oğlan çayda boğuldu

Biləsuvarın 12 yaşlı sakini çaya düşərək boğulub.

Faktor.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindən keçən Balharı çayında qeydə alınıb. Biləsuvar Rayon Polis Şöbəsindən bildirilib ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehtiyev həyətində velosipedlə oynayarkən çaya düşərək boğulub.

Faktla bağlı Biləsuvar Rayon Prokrorluğunda araşdırma aparılır.









Redaktorun seçimi