Masazırda dələduz yeniyetmələr saxlanılıb - VİDEO - FOTOLAR

Hit: 737
Masazırda dələduz yeniyetmələr saxlanılıb - VİDEO - FOTOLAR

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti uğurlu tədbir həyata keçirilib.

Faktor.az
ARB TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Masazır qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Dərhal tutucu qrupun əməkdaşları hadisə yerinə çıxıb. Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin şəxslər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Cavid Bədəlov - Abşeron RMİ-nin əməkdaşı: "Obyektə yaxınlaşdıq. Yaxınlaşanda qapı açıq vəziyyətdə qalmışdı. Gördük ki, dəmir parçasıyla qapını qırmışdılar. Qapını açıb içəridə 2 nəfərin olduğunu gördüm. Xırdalan Rayon polis idarəsinə təhvil verdik".

Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd göstərən şəxslər Laçın və Ağdam rayonlarından olan yeniyetmələrdir.İlkin araşdırma zamanı onlar Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini də etiraf ediblər.

Göstərilən faktla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1
1
1
1
1
1








Redaktorun seçimi