Qadın satıcı 43 yaşlı müştərini bıçaqladı - VİDEO - FOTOLAR

Hit: 526
Qadın satıcı 43 yaşlı müştərini bıçaqladı - VİDEO - FOTOLAR

Paytaxtın Xəzər rayonunda qadın satıcı müştərinin sağlamlığına qənim kəsilib.

Faktor.az
ARB TV-yə istinadən xəbər verir ki, qanlı hadisə Binə qəsəbəsi Südçülük savxozu adlanan ərazidə yerləşən marketdə baş verib.

Mağazaya müştəri kimi daxil olan 43 yaşlı Yalçın Ağaverdiyevlə satıcı qadın arasında mübahisə düşüb. Elə bu zaman satıcı kişini bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub. Həkimlər Yalçın Ağaverdiyevin qarın nahiyyəsində bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisə barədə Xəzər rayon polis idarəsinə məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

1
1








Redaktorun seçimi