"Pulları aramızda bölürdük" - 8 nəfərdən ibarət oğru dəstə saxlanıldı - VİDEO - FOTOLAR

Hit: 805
"Pulları aramızda bölürdük" - 8 nəfərdən ibarət oğru dəstə saxlanıldı - VİDEO - FOTOLAR

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının zərərçəkən vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Badamdar qəsəbəsində evləri qarət etməkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri - Ağarəhim Əliyev, Cavid İsazadə, Təhməz Əsgərov, Mənsur Məmmədov, Orxan Quliyev, Rişan Bayramov, Nicat Əliyev və Camal Heydərov tutulublar.

Faktor.az
ARB TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxslərin ətrafında həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar Badamdar qəsəbəsində 10 mənzil və 1 mağazadan qızıl-zinət, məişət əşyaları və pul oğurlamaqla zərərçəkənlərə külli miqdarda ziyan vurublar.

Dəstə üzvləri oğurluq edəcəkləri mənzillərin yerini əvvəlcədən müəyyən ediblər. Təklifi isə dəstə üzvü Orxan Quliyevdən gəlib. O, gecə evdə olmayan qonşuları barədə digər dəstə üzvlərinə qabaqcadan məlumat verib.

Orxan Quliyev - Saxlanılan şəxs: "Təxminən 8-10 arası evlərə daxil olub və oradan qızıl pul götürmüşük. Ofisə daxil olub 9 kondisaner oğurlamışıq. Oğurladığımız əşyaları satıb, pulları öz aramızda bölürdük"

Göstərilən faktlarla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1
1
1
1
1








Redaktorun seçimi