25 ildə nə qədər cavanlarımız şəhid olub - Zeynəb Xanlarova xalqı müharibəyə çağırdı

Hit: 1489
25 ildə nə qədər cavanlarımız şəhid olub - Zeynəb Xanlarova xalqı  müharibəyə çağırdı

“Biz bu qədər çıxışlar edirik, onlar hara gedir?! Özümüz deyib özümüz eşidirik. Birdəfəlik müharibə edək”.

Bunu Milli Məclisin deputatı Zeynəb Xanlarova Milli məclisdə Xocalı ilə bağlı müzakirələrdə deyib. O qeyd edib: “Bu danışıqlar kimə çatır?! Onsuzda qulaq asan yoxdur. Elə müharib edək torpaqları alaq də. Öz torpağımızı alırıq də, başqasının torpağını yox. 25 ildə nə qədər cavanlarımız şəhid olub, nə qədər şəhid vermişik. Birdəfəlik ya ölüm ya qalım. Mən eləməliyəm müharibəni. Mən ömrü böyü sülh tərəfdarı olmuşam, amma hər gün elə deyirlər, amma dəyirman öz işidədir. Birdəfəlik dəyirmanı vuraq onların başına. Hər gün ölməkdənsə birdəfəlik ölmək lazımdır. Nə qədər balalar qırılar, nə qədər ana gözyaşları qalır. Nə vaxta qədər dözməliyik? kimi gözləyitrik? Bir dəfəlik müharibə edək”.

Faktor.az









Redaktorun seçimi