Abşeronda piyada qadın vurulub

Hit: 436
Abşeronda piyada qadın vurulub

Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmmədi kəndi ərazisində, Məhəmmədi-Kürdəxanı yolunda qeydə alınıb.

29 yaşlı Əhmədova Vüsalə Nəriman qızı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, vurulan piyada dərhal reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi