Zaqatalada mal tövləsi və 50 ton ot yanıb - VİDEO - FOTOLAR

Hit: 456
Zaqatalada mal tövləsi və 50 ton ot yanıb - VİDEO - FOTOLAR

Yanğın fevralın 22-dən 23-ə keçən gecə rayonun Əliabad qəsəbəsində, kənd sakini Haqverdi Həsrət oğlu Haqverdiyevin yaşadığı evin həyətyanı sahəsindəki ümumi sahəsi 170 kv/m olan mal tövləsində baş verib.

Faktor.az
ARB TV-yə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 50 ton quru ot bağlamaları yanıb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1
1
1








Redaktorun seçimi