Ermənistan ordusu Qarabağda itki verdi - YENİLƏNİB

Hit: 604
Ermənistan ordusu Qarabağda itki verdi - YENİLƏNİB

12:47

Qarabağda müqavilə əsasında xidmət aparan Qor Frunzik Xudinyanın ölümü ilə bağlı yeni detallar məlum olub. 

Faktor.az azvision.az-a istinadən bildirir ki, erməni KİV-lərinin məlumatına görə, Xudinyan ötən gün Azərbaycanın mövqelərini atəşə tutarkən əlindəki silahın partlaması nəticəsinə ölüb. 

---------

11:21

Dağlıq Qarabağda erməni hərbçi ölüb.

Faktor.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq İdarəsi məlumat yayıb.

Məlumata əsasən, fevralın 23-də saat 00:45-də müqavilə əsasında xidmət edən hərbçi 1991-ci il təvəllüdlü Qor Frunzik Xudinyanın meyiti tapılıb. O, naməlum şəraitdə ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi