Bələdiyyə sədrinin atası evini qar uçurdu - 5 ÖLÜ - YENİLƏNİB

Hit: 499
Bələdiyyə sədrinin atası evini qar uçurdu - 5 ÖLÜ - YENİLƏNİB

14:01

Lerik rayonunda qar uçqunu baş verib.

Lerik Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.

------

13:22

Lerik rayonunda qar uçqunu baş verib.
 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb. 
 
Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 körpə nəvəsi ölüb.

-----------

13:13

Lerik rayonunda qar uçqunu baş verib.

Faktor.az xəbər verir ki, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınının evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.

Faktor.az









Redaktorun seçimi