Azərbaycanda sürücü şairəni öldürüb qaçdı - VİDEO - FOTOLAR

Hit: 1030
Azərbaycanda sürücü şairəni öldürüb qaçdı - VİDEO - FOTOLAR

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Faktor.az ARB TV - yə istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub. Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub. Onu vuran sürücü hadisə yerindən qaçıb.

D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 
1
1








Redaktorun seçimi