Canavarı boğaraq öldürən azərbaycanlı danışdı: - "Mənə hücum etdi, əlimlə boğdum" - VİDEO - FOTOLAR

Hit: 1131
Canavarı boğaraq öldürən azərbaycanlı danışdı: - "Mənə hücum etdi, əlimlə boğdum" - VİDEO - FOTOLAR

Salyan rayonunun Quyçu kəndində canavar sakinə hücum edib.

Faktor.az ARB TV - yə istinadən xəbər verir ki, 36 yaşlı Vüsal Abbasov səhər saatlarında qoyunları örüş sahəsinə buraxıb.

Bir müddət sonra canavarın qoyun sürüsünə hücum etdiyini görüb. O, heyvanları yırtıcıdan xilas edən zaman canavar onun özünü yaralamağa çalışıb. Kənd sakini canavarı boğaraq oldürüb.

Hadisə zamanı Vüsal Abbasov xəsarət almayıb.

Vüsal Abbasov - kənd sakini: "Mənə hücum etdi. Ona ağacla müqavimət göstərdim. Sonra əlimlə boğaraq öldürdüm. Tutanda itlər də kömək etdi. Bir həftədə 3 at yeyib. Mən yaxşı qurtardım. Cəld tərpənib öldürdüm".

1
1
1
1








Redaktorun seçimi