Qubada qızını qətlə yetirən ata həbsxanada öldü

Hit: 389
Qubada qızını qətlə yetirən ata həbsxanada öldü

Yanvarın 31-də Quba rayonunun Alpan kəndində 15 yaşlı qızı Səfurə Süleymanovanı qətlə yetirən Süleymanov Əşrəf Əlməmməd oğlu bu gün həbsxanada ölüb.

Faktor.az "Report"a istinadən bildirir ki, bu barədə Quba Rayon İcra Hakimiyyətinin Alpan inzibati ərazi dairəsinin nümayəndəsi Tofiq Qubadov məlumat verib.

O bildirib ki, Əşrəf Süleymanov qətl ilə bağlı Quba Rayon Prokurorluğuna, oradan isə məhkəməyədək Şüvəlan təcridxanasına aparılmışdı.

"Bu gün eşitdik ki, o, orda ölüb, xəbəri ailəsi də bilir. Əşrəfin Bakıdakı qardaşı onu Qubaya gətirmək istəyir", - deyə T.Qubadov əlavə edib.

Onun sözlərinə görə, ölüm xəbərini mərhumun Bakı şəhərində yaşayan qardaşı Cəlilulla Süleymanov kənddə qalan anasına telefon danışığı zamanı verib.

Ruhi xəstə olduğu bildirilən Əşrəf Süleymanov qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.









Redaktorun seçimi