Hədələnən gənc yazar Mədət Quliyevə müraciət etdi - AÇIQ MƏKTUB

Hit: 3752
Hədələnən gənc yazar Mədət Quliyevə müraciət etdi - AÇIQ MƏKTUB

Gənc yazar Ulucay Akif DTX rəhbəri Mədət Quliyevə açıq məktubla müraciət edib.

Faktor.az həmin mətni təqdim edir:

"Çox hörmətli Mədət bəy! Sizə bu məktubu Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü olan gənc şair və jurnalist Ulucay Akif yazır.

Bu məktubu yazmaqda məqsədim sizə bir dərdimi, problemimi ərz etməkdir. Bu problemlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə ərizə də yazmışam. Məsələnin mənim üçün ciddi olduğuna və məni çox narahat etdiyinə görə, Sizə açıq məktub yazmağı da lazım bildim.

Mənim "Feysbuk" profilim oğurlanaraq pis məqsədlərdə istifadə olunur. Mənim adımdan çox hörmətli şəxslərə təhqiredici sözlər yazılır ki, bu da mənə mənəvi zərbə olmaqla yanaşı, həm də şəxsiyyətimə xələl gətirir. Bu, bəs etmirmiş kimi həm də təhdid olunuram.

Sizdən xahiş edirəm ki, mənim şəxsi həyatıma bu cür müdaxilə edən şəxsin tapılması və cəzalandırılması üçün göstəriş verəsiniz. Azərbaycan Respublikasında qanunların var olduğunu və vətəndaşların hüquqlarının qorunduğunu bir daha isbat edəsiniz. Sizdən bir daha xahiş edirəm ki, mənim bu problemimi həll edəsiniz!

Hörmətlə, Ulucay Akif".









Redaktorun seçimi