İranı ürəyindən vurdular, Əhvazı odladılar - "Sepah" qan tökdü, güllələrə əl atdı

Hit: 6760
İranı ürəyindən vurdular, Əhvazı odladılar - "Sepah" qan tökdü, güllələrə əl atdı

İranın strateji baxımdan ən əhəmiyyətli şəhərlərindən biri olan, iri neft yataqların yerləşdiyi Əhvaz şəhərində başlanan etirazlar artıq 7 gündür davam edir.

Faktor.az bildirir ki, İran İnqilab Keşikçilərinin yatırmaqda çətinlik çəkdiyi nümayişlərdə inqilab keşikçilərinə aid bir qərargah binası yandırılıb, onlarla inqilab keşikçisi isə xalq tərəfjndən ağır şəkildə döyülüb.

Hadisələrin geniş vüsət alması nəticəsində bölgədə internet rabitəsi kəsilib, şəhər meriyası önündə mitinq edilməsi qadağan edilib. Ərəb KİV-lərinin verdiyi məlumata görə asayiş keşikçilərinin hadisələri yatırmaq istəməsi qanla nəticələnib, bir etirazçı həlak olub, onlarla yaralı var.

İran mediası etirazların bir həftədir başladığını və Əhvaz şəhər meriyası önündə olduğunu yazır. İnqilab Keşikçilərinin döyülməsinin ardından İran prezidenti H. Ruhani, Əhvaz meri və İran daxili işlər naziri ilə təcili görüş keçirib.

İranın ali dini rəhbəri Əli Xamneyi də hökümətin tez zamanda bölgə ilə maraqlanmalı olduğunu bildirdir.

Ölkə iqtidarı mitinqlərin icazəsiz olduğunu açıqlayıb. Qeyd edək ki, Əhvaz şəhərinin yerləşdiyi Xuzistan əyaləti İranın ən iri neftlə zəngin bölgəsidir. Əhvaz isə Marundan sonra ən böyük neft yatağı olan sahil şəhəridir

Rəhim









Redaktorun seçimi