Qəbir daşları düzəldən sexdən 1500 manatlıq oğurluq - VİDEO - FOTOLAR

Hit: 1452
Qəbir daşları düzəldən sexdən 1500 manatlıq oğurluq - VİDEO - FOTOLAR

 

Cəlilabad rayonunda qəbir daşları düzəldilən sexdən oğurluq edilib.

Faktor.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində baş verib.

Axşam saatlarında naməlum şəxslər Nazim Rzayevə məxsus sexin pəncərəsindəki dəmir məhəccərləri xüsusi alətlərlə yerindən çıxararaq, içəri daxil olublar. Qəbir daşlarının hazırlanmasında istifadə olunan xeyli sayda avadanlıqları, eləcə də 1 ədəd elektrik generatorunu oğurlayıblar.

Sex sahibi hadisədən səhər saatlarında xəbər tutub. Məlum olub ki, oğrular avadanlıqları aparmaq üçün həyətdəki arabadan istifadə ediblər. Nazim Rzayevə ümumilikdə 1500 manata yaxın maddi ziyan dəyib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalara başlanılıb.

1
1
1
1








Redaktorun seçimi