Bişkekdən gələn qara xəbər ölkəni yasa boğdu - Türk təyyarəsi qəza etdi, çox sayda ölənlər var YENİLƏNİB - VİDEO

Hit: 3611
Bişkekdən gələn qara xəbər ölkəni yasa boğdu - Türk təyyarəsi qəza etdi, çox sayda ölənlər var YENİLƏNİB - VİDEO

Türkiyənin “ACT” Hava Yolları yükdaşıma şirkətinə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfər çatıb.


Qəzadan sonra hadisə yerində başlayan yanğın da söndürülüb.

* * *

“Türk Hava Yolları” aviaşirkətinə məxsus yük təyyarəsinin yaşayış evlərinin üstünə düşməsi nəticəsində azı 32 nəfərin öldüyü bildirilir.

Təyyarə Honkonqdan havaya qalxıb və Bişkək hava limanına az qalmış qəzaya uğrayıb.

 

*   *   *06:48

Bu gün Bakı vaxtı ilə saat 5:31-də Qırğızıstan paytaxtı Bişkəkdə yerləşən “Manas” hava limanına eniş etməyə hazırlaşan Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki. təyyarə əlverişsiz hava şərtləri üzündən hava limanının yaxınlığında yerləşən bağ massivindəki evlərin üstünə düşüb. Hadisə yerində təyyarənin və iki bağ evinin yandığı bildirilir.

Təyyarənin göyərtəsində olan ekipaj üzvlərinin sayı və taleyi barədə məlumat hələlik yoxdur.









Redaktorun seçimi