Gəncədə dəmir qapı ustaların üstünə aşdı: 2 yaralı

Hit: 544
Gəncədə dəmir qapı ustaların üstünə aşdı: 2 yaralı

Gəncə şəhərində təmir zamanı baş verən bədbəxt hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Faktor.az "Report"a istinadən bildirir ki,şəhərin Türklər qəsəbəsində evdə aparılan təmir işləri zamanı həyət evinin qapısını qoyarkən ehtiyatsızlıqdan ağır dəmir qapı ustaların üzərinə aşıb.

Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Yusifov Eldəniz və onunla birgə işləyən 1965-ci il təvəllüdlü Rəhimov Nürəddin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.









Redaktorun seçimi