Bakıda xingəlxana partladı: yaralılar var

Hit: 560
Bakıda xingəlxana partladı: yaralılar var

Bakıda xingəlxanada partlayış baş verib, hadisə nəticəsində yaralananlar var.

Faktor.az Day.Az-a istinadən xəbər verir ki, Afiyəddin Cəlilov və Fəzail Bayramov küçələrinin kəsişməsində yerləşən xingəlxanada partlayış baş verib. Partlayış nəticəsində yanğın meydana çıxıb.

Yaşayış binasının birinci mərtəbəsində yerləşən gürcü xingəlxanasında baş verən partlaıyışın səbəbi qaz sızmasıdır.

Məlumata görə, yaralananlar var.

Hadisə yerinə yanğınsöndürən briqadası və polis cəlb edilib.









Redaktorun seçimi