İran zülmünə görə dəhşətli addım atdı - Səid Şirzadın dodaqları tikilmiş vəziyyətdə GÖRÜNTÜSÜ - FOTOLAR

Hit: 1111
İran zülmünə görə dəhşətli addım atdı - Səid Şirzadın dodaqları tikilmiş vəziyyətdə GÖRÜNTÜSÜ - FOTOLAR

2016-ci il dekabrın 7-dən Kərəcin Rəvayişəhr zindanının siyasi məhbuslar bölümündə aclığa başlayan təbrizli uşaq haqları müdafiəçisi aksiyasını davam etdirir. 

Səid Şirzadın uşaq haqlarını müdafiə etdiyinə və siyasi məhbusların ailəsi ilə irtibatda olduğuna görə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamı ilə 5 il azadlıqdan məhrum edildiyi bildirilir.

Son günlərdə siyasi məhbusun sağlıq durumu ilə bağlı belə bir məlumat yayılmışdır. “Səid Şirzad bir ay müddətində 10 kiloqram çəki itirib, onun qan təzyiqi kəskin aşağı düşüb. O həmçinin ümumi zəiflik, halsızlıq, ürək döyüntülərinin müntəzəm olmaması, mədə və böyrək ağrılarından əziyyət çəkir. Fəal bir neçə dəfə həbsxananın poliklinikasına aparılsa da, xəstəxanaya intiqal edilmək və sistem (serom) qəbul etməkdən imtina edib.”

Fəal xəstə məhbuslara tibbi yardımın edilməməsi və məhbusların zindanlarda təhlükəsizliyinin təmin edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O məhbus Mehdi Fərahi Şandizin zindan məsulları tərəfindən döyülməsini, məhbusların təhlükəsizliyinin təmin edilmədiyinə misal kimi göstərib.

S.Şirzad 2014-cü il  iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. Fəal 15 ay qeyri-müəyyən vəziyyətdə saxlandıqdan sonra 2015-ci il sentyabrın 12-də Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsində mühakimə edilib.

S.Şirzad 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.

Uşaq haqları müdafiəçisi aclıq aksiyasının 37-ci günündə səhhəti kəskin ağırlaşdığına görə zindanın poliklinikasına aparılıb. Yarı bihuş vəziyyətdə olan siyasi məhbus poliklinikadan Tehranın İmam Xomeyni xəstəxanasına intiqal edilib.

Aşağıdakı görüntü S.Şirzadı aclıq aksiyasının 37-ci günündə göstərir:

1








Redaktorun seçimi