Goranboy sakini hamamda yandı - VƏZİYYƏTİ AĞIRDIR

Hit: 261
Goranboy sakini hamamda yandı - VƏZİYYƏTİ AĞIRDIR

Goranboyda qaz sobası partlayıb, xəsarət alan var.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Nəhayət Cabbarova evin hamamında qaz sobasına odun yığaraq üzərinə neft töküb. Qazın gəlişindən xəbərsiz olan qadın kibriti çəkən zaman partlayış baş verib.

Ağır yanıq xəsarətləri alan N. Cabbarova Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona 4-cü dərəcəli yanıq (bədənin 90 faizinin yandığı) diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.









Redaktorun seçimi