Bakıda vətəndaşın aldığı kələm hamını ŞOK-a saldı - VİDEO

Hit: 1051
Bakıda vətəndaşın aldığı kələm hamını ŞOK-a saldı - VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan bir video insanların diqqətini cəlb edib. Belə ki, kələm alan bir şəxs onun hər yarpağının üzünün sellofan kimi soyulduğunu lentə alıb. Bu isə həmin kələmin süni olması məsələsini gündəmə gətirib.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, kələmin yarpağının üzü sanki sellofan kimi soyulur. Yarpaqların üst hissəsinə əl vurduqca qabığı çıxır.

Sosial şəbəkələrdə yayılan bu video bir müddət əvvəl internetdə yayılan başqa bir  videonu - süni kələm  hazırlanmasını və bunun Azərbaycan bazarına yol tapması ehtimalını gündəmə gətirir.

Videodan da aydın görünür ki, başına bu hadisə gələn insanın özünə bunun niyə və hansı səbəbdən baş verdiyini anlaya bilmir.

Satıcılar isə kələmin yarpağının belə soyulmasının adi hal olduğunu bildirirlər.

Satıcıların sözlərinə görə, bu halın baş verməsi mövsümlə əlaqədar olur. Belə hallara daha çox soyuq havalarda rast gəlinir.

Mütəxəssislər də bildirir ki, havaların soyuq olması ilə bağlı sahələrdə qalan məhsulları şaxta vurur və nəticədə belə bir hal baş verir. Yəni bu kələmin istehlakında hec bir təhlükə yoxdur.

Elə alıcılarda belə bir halı normal hesab edirlər.

Süni kələmin ölkə bazarında satışına gəldikdə isə, Ümumiyyətlə keçən ilin 9 ayında 1143 min ton kələm idxal edilib. Amma süni kələm idxalı halına rast gəlinməyib.









Redaktorun seçimi