Bakıda mənzildən 15 min manatlıq oğurluq

189 dəfə oxunub
Bakıda mənzildən 15 min manatlıq oğurluq

Bakıda mənzildən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Əliyev Vasifə məxsus Qulu Quliyev küçəsi ev 38 mənzil 37 ünvanında yerləşən mənzildən oğurluq edilib.

Belə ki, naməlum şəxslər eyvandan mənzilə daxil olaraq oradakı 15 000 manat dəyərində olan qızl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


loading...
loading...

Redaktorun seçimi