Anası oğlunun meyitini gözləyərkən... - Hərbçimizin nəşini İrəvana apardılar, şəhidin yeni fotolarını yaydılar

3929 dəfə oxunub
Anası oğlunun meyitini gözləyərkən... - Hərbçimizin nəşini İrəvana apardılar, şəhidin yeni fotolarını yaydılar

Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb.

Modern.az saytı xəbər verir ki, ermənilər bu dəfə də şəhid hərbçimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.

Erməni tərəfinin növbəti dəfə qeyri-humanistlik edərək, yaydığı həmin fotoları sosial şəbəkədən əldə etsə də, onu sayta yerləşdirməyi məqbul saymırıq.

Xatırladaq ki, Çingiz Qurbanov dekbarın 29-da Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı şəhid olub. Onun cəsədi düşmənin əlinə keçib.

Azərbaycanın çağırışlarına vaxmayaraq düşmən şəhdimizn meyitini qaytarmağa tələsmir…

Qeyd edək ki, 22 yaşında şəhid olmuş Çingiz Salman oğlu Qurbanov Qusar rayonunun Həzrə kəndindəndir. Həzrə kənd orta məktəbini bitirən Ç.Qurbanov Azərbaycan Texniki Universitetinin məzunudur. O, universiteti bu il bitirib. İyul ayında isə Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

Çingiz Salman oğlu Qurbanov hərbi xidmətə getməzdən öncə  ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayıb.


loading...
loading...

Redaktorun seçimi