Gəncədə dəhşət: - 5 maşın bir-birinə girdi - VİDEO - FOTOLAR

Hit: 648
Gəncədə dəhşət: - 5 maşın bir-birinə girdi - VİDEO - FOTOLAR

Şəhərin Müseyib bağırov küçəsi və N.Gəncəvi prospektinin kəsişməsində zəncirvari avtoqəza olub.

Faktor.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə "VAZ 2102", "VAZ 21099", "Hyundai", "Qazel" və "Qaz 24" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Qəza işıqforlu yol kəsişməsində qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım briqadası da cəlb edilib və Ladanın azyaşlı sərnişini ilə "VAZ 2102"-nin sürücüsü 78 yaşlı Gəncə sakini Yusif Məmmədov xəsarət alaraq xəstəxanaya aparılıb. Avtomaşınlara ciddi ziyan dəyib.

Şahin Quliyev həkim: Bu gün səhər təcili yardım maşını ilə bir xəstə gətirilmişdir. Xəstə avtoqəza nəticəsində xəsarət alıb. İlkin müayinə zamanı təpə nahiyəsində böyük həcimli kəsilmiş deşilmiş yara müəyyən olunmuşdur. Yara birincili işlənildi, müvafiq tədbirlər görüldü, vəziyyəti qənayət bəxş olduğu üçün ambulator müalicəyə buraxıldı.

Faktor.az

1
1
1
1
1








Redaktorun seçimi