Polis general oğlunu cərimələdi

Hit: 448
Polis general oğlunu cərimələdi

 

Bakıda general oğlu avtoxuliqanlıq etdiyi üçün yol polisi tərəfindən saxlanılıb.

Faktor.az xəbər verir ki, bu haqda avtosfer.az məlumat yayıb. 

Xəbərdə adı çəkilməyən general və oğlu haqda bildirilir ki, həmin sürücü bundan əvvəl də avtoxuliqanlıq etdiyi üçün saxlanılıbmış. 

O zaman məsuliyyətdən kənarda qala bilsə də, bu dəfə yol polislərindən qaça bilməyib.

Atasının bütün cəhdlərinə baxmayaraq, “avtoş” oğulla bağlı materiallar yol polisi tərəfindən toplanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 500 manat cərimə olunub. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Xəbərdə qeyd olunur ki, həmin general hərbi sahədə çalışır və kifayət qədər yüksək vəzifə sahibidir.









Redaktorun seçimi