Bakı məktəbində biabırçılıq: şagird şagirdin qucağında - FOTOLAR

Hit: 1571
Bakı məktəbində biabırçılıq: şagird şagirdin qucağında - FOTOLAR

Bakının Sabunçu rayonunda yerləşən Elşən Məhərrəmov adına 137 saylı tam orta məktəbdən çəkilmiş fotolar sosial şəbəkələrdə qınağa səbəb olub.

Faktor.az xəbər verir ki, jurnalist Anar Bayramoğlu paylaşdığı fotoları belə şərh edib:

"Siniflərdə şagirdlərin oturması üçün parta çatışmır. Şagirdlər bir-birinin qucağında oturub, dərs dinləyirlər. Bir partada hərdən 8 uşaq əyləşir. Təhsil naziri Mikayıl Cabbarov yoldaş isə "Bilik günü"ndə təhsilin keyfiyyətindən danışırdı. Elə Bakı Baş Təhsil İdarəsinin müdür xanımı da paytaxt məktəblərindəki dərslərin keyfiyyətindən dəm vururdu. Bu da keyfiyyətli tədris, buyurun cənablar. Şagirdlərin bir-birinin qucağında oturması yaxşı əlamət deyil, sonra...".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.









Redaktorun seçimi