Qubada qanunsuz ağac kəsən şəxs barəsində tədbir görülüb

Hit: 134
Qubada qanunsuz ağac kəsən şəxs barəsində tədbir görülüb
Quba Rayon Polis Şöbəsinin, eləcə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri nəzarət tədbiri zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon sakini C.Mirzəyev müəyyən olunub. Onun yaş halda qovaq ağacı kəsdiyi və  təbiətə ziyan vurduğu müəyyən edilib.
 
Faktla bağlı akt tərdib olunub, tədbirlər davam etdirilir.








Redaktorun seçimi