Deputat Jalə Əhmədova hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib

Hit: 344
Deputat Jalə Əhmədova hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib
Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək autizm spektr pozuntusu olan Kənanın “Gənclik Mall” ticarət və əyləncə mərkəzində zorakılığa məruz qalması hadisəsinə hüquqi qiymət verilməsini və günahkar şəxslərin cəzalandırılmasının təmin olunmasını xahiş edib.
 
Baş vermiş hadisə ilə bağlı bu günə kimi hər hansı bir tədbir görülməməsindən dərin təəssüf hissi keçirən millət vəkili, "Nə qədər insanlıqdan uzaq olasan ki, əlilliyi olan şəxsə qarşı bu cür vəhşiliyi törədəsən? Heçmi vicdanı sızlamadı demək istəyirəm, amma məgər belələrində vicdan olur? Belələri insanlıqdan kənarda qalmış məxluqlardır",-deyə bildirib.
 
Deputata diqqətə çatdırtıb ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərə və əlillərə dövlətimizin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısının, dəstəyinin ən yüksək səviyyədə olduğunu hər birimiz yaxşı bilirik və bu kateqoriyadan olan şəxslərə diqqət göstərmək, onların ailələrinin yanında olmaq hər birimizin borcudur.








Redaktorun seçimi