“Azərsun”un maşını minaya düşdü

Hit: 7087
“Azərsun”un maşını minaya düşdü
Cəbrayılda “Azərsun"un maşını minaya düşüb, sürücü xəsarət alıb.
 
ANAMA-dan "Qafqazinfo"ya verilən məlumata görə, hadisə bu gün Cəbrayılın Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş verib.
 
“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.
 
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.








Redaktorun seçimi