Bakıda məşhur marketdə 15-ə yaxın şəxs zəhərlənib

Hit: 5921
Bakıda məşhur marketdə 15-ə yaxın şəxs zəhərlənib
Bakıda marketdə kütləvi zəhərlənmə olub.
 
Faktor.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.
 
Mağazada 15-ə yaxın şəxs zəhərlənib.
 
Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.
 
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.








Redaktorun seçimi