Şuşada 1 tondan artıq narkotik aşkarlanaraq məhv edildi

Hit: 2352
Şuşada 1 tondan artıq narkotik aşkarlanaraq məhv edildi
Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Faktor.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Daşaltı kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 2350 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.







Redaktorun seçimi