Təcrübə yoxdursa, internet üzərindən necə pul qazanmaq olar?

Hit: 2746
Təcrübə yoxdursa, internet üzərindən necə pul qazanmaq olar?
Bır sıra hallarda əlavə təhsil almaq və yaxud ödənişli kurslar keçmək lazım gəlir.  Lakin, ilkin mərhələdə bilik əldə etmək və işə başlamaq üçün kifayət qədər pulsuz resurslar mövcuddur.  
 
Təqdim edilən aylıq internet paketlərinin siyahısı əlavə meqabaytların həcmini və digər əlverişli imkanları nəzərə almaqla sərfəli variantı seçməyə imkan verir. Məsələn, Azercell bütün paketlərində WhatsApp mesencerindən gələn trafiki nəzərə almır. İnternet seçiminə təlimin özü  qədər ciddi yanaşın ki, məsələnin texniki tərəfi ən vacib anda sizin üçün maneə yaratmasın. Hər bir kəs internet üzərindən pul qazanmağa ehtiyac duya bilər. Bəs müvafiq sahədə təcrübə yoxdursa, onda necə olacaq? Distant iş daimi və ya müvəqqəti ola bilər. Amma istənilən iş üçün sizə noutbuk və ya telefon və sürətli internet lazımdır. Məsələn, sürətli internet dedikdə ağla ilk Azərbaycanın lider mobil operatoru olan Azercell-in təqdim etdiyi internet paketlər gəlir. İnternetdə iş müxtəlif istiqamətlərdə aparılır: pərakəndə satış və SMM, dizayn və kopiraytinq. Əminik ki, siz mütləq özünüzə uyğun olanını tapacaqsınız.
 
Mətn üzərində iş 
 
Əgər sizin mətn yazmaq qabiliyyətiniz varsa, ətraflı məlumat toplamağı və təhlil etməyi bacarırsınızsa, o zaman özünüzü yazar olaraq sınayın  Mətn yazaraq  qazanc əldə etməyin bir neçə üsulu  var:  
 
şərhlər yazmaq və forumları doldurmaq;
 
reklam xarakterli mətnlərhazırlamaq;
 
informativ bloqlar  yaratmaq.
 
Həmçinin, bloqların mətnləri üzrə redaktor və ya korrektor kimi çalışmaq olar.Redaktor mətnin konstruksiyasının düzgün şəkildə yaradılması üçün məsuliyyət daşıyır. Korrektor isə mətnlərdə leksik və orfoqrafik səhvləri düzəldir.
 
 Distant repetitorluq
 
Əgər tədris etmək bacarığınız varsa və yaxud məktəb proqramı və ya əsas profil fənlər üzrə yaxşı biliyə maliksinizsə, özünüzü müəllim kimi sınayın Burada bir sıra seçim var:
 
məktəb proqramı - coğrafiyadan tutmuş cəbr fənninə qədər;
 
xarici dillər;
 
teatr sənəti, vokal.
 
Bir çoxları özəl onlayn kurslar və faydalı informasiya ibarət mənbələr yaradır. Bu istiqamətdə  çek-list, faydalı master-klasların satışından başlamaq olar.
 
Onlayn şəbəkədə yiyələnə biləcəyiniz peşələr
 
İnternetdə müstəqil şəkildə bir sıra peşələrə yiyələnmək olar. İctimaiyyətə açıq bir sıra pulsuz tədris materialları və resursları var. Yüksək tələbat duyulan peşələr:
 
kopirayter və SEO-kopirayter
 
məzmun meneceri və SMM mütəxəssisi;
 
video redaktoru və qrafik dizayner;
 
videooyun  yayımçısı.








Redaktorun seçimi